Cari ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır.

 

Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2024-cü ilin 8 ayında 35 645 qadın münasib işlə təmin olunub.

 

Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə bu il daha 3176 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb. Digər mühüm istiqamət olaraq bu il 7 minə yaxın qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib. Peşə kurslarını uğurla başa vuran qadınların işlə təmin olunmasına dəstək göstərilib.