Cari il üzrə ilk əmək yarmarkaları təşkil olunub

Aktiv məşğulluq tədbirlərində 38 işəgötürən iştirak edib və 281 vakansiya təqdim olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari il üzrə ilk əmək yarmarkaları təşkil olunub.

 

Abşeron-Xızı və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən təşkil olunan yarmarkalarda müxtəlif iqtisadi sahələrdən olan işəgötürənlər, rəsmilər və işsiz və işaxtaran şəxslər iştirak ediblər. 

 

Yarmarkada iştirak edən şəxslərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edənlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Müraciət edən vətəndaşlar arasında müharibə veteranları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var.

 

Ümumilikdə aktiv məşğulluq tədbirlərində 38 işəgötürən iştirak edib və 281 vakansiya təqdim olunub.