Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 206 işəgötürən tərəfindən 1654 vakansiya təqdim olunub.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri və müraciət proseduru barədə də məlumat əldə ediblər, onlara karyera məsləhəti xidməti göstərilib.