Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları keçirilib.
Budəfəki yarmarkalar Bakı, Qarabağ və Dağlıq Şirvan RMF tərəfindən Bakı, Füzuli və İsmayıllı şəhərlərində təşkil olunub.
Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan 73 müəssisə iştirak edib və 781 vakansiya təqdim edilib.
Yarmarkalarda işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.