Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Bakı, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional məşğulluq filiallarının Bakı, Gəncə, Qobustan, Şirvan və Quba şəhərlərində keçirdikləri yarmarkalarda 171 müəssisə tərəfindən 1281 vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və müraciət edən uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin, tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları barədə də məlumat verilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz