Bu həftə keçirilmiş yarmarkalarda 140-dək işəgötürən 620-dək vakansiya təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı şəhəri, eləcə də Ağdam, Qax və Tovuz rayonlarında əmək yarmarkaları təşkil edilib.
 

Agentliyin Bakı, Qarabağ, Şəki-Zaqatala və Qazax-Tovuz Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə ümumilikdə 140-dək işəgötürən tərəfindən 620-dək vakansiya təqdim olunub.
 

Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.