Bu həftə keçirilmiş əmək yarmarkalarında 90 işəgötürən iştirak edib, 579 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı, Xırdalan şəhərləri, Sabirabad, Zaqatala və Füzuli rayonlarında əmək yarmarkaları keçirilib.

 

Aktiv məşğulluq tədbirlərində, ümumilikdə 90 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 579 vakansiya təqdim olunub.

 

Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Bakı və Xırdalanda, Mərkəzi Karyera filialı isə Bakıda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, karyera məsləhəti xidməti və müraciət qaydaları barədə məlumat verilib.