Bu həftə keçirilmiş əmək yarmarkalarında 83 işəgötürən tərəfindən 560-dək vakansiya təqdim olunub -17072026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Bakı və Gəncə şəhərlərində, həmçinin İsmayıllı, Neftçala, Xaçmaz, Şamaxı və Xocavənd rayonlarında əmək yarmarkaları təşkil edib.

 

Agentliyin Bakı, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şirvan-Salyan, Qarabağ Regional Məşğulluq filiallarının təşkil etdiyi aktiv məşğulluq tədbirlərində 83 işəgötürən tərəfindən 560-dək vakansiya təqdim olunub.

 

Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Yarmarka iştirakçılarına aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.