Bu həftə keçirilmiş əmək yarmarkalarında 472 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı şəhəri, eləcə də Salyan rayonunda əmək yarmarkaları keçirilib.       
 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 58 işəgötürən 472 vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Bakı və Salyanda, Mərkəzi Karyera filialı isə Bakıda təşkil olunmuş yarmarkalarda öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.