Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Abşeron və Qobustan rayonlarında əmək yarmarkaları təşkil edilib.
Agentliyin Abşeron-Xızı və Dağlıq Şirvan Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 42 işəgötürən tərəfindən 199 vakansiya təqdim olunub.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Xırdalan şəhərində keçirilmiş yarmarkada Bakı Peşə Hazırlığı Mərkəzi, Qobustan rayonunda təşkil olunmuş yarmarkada isə Göyçay Peşə Hazırlığı Mərkəzi öz stendləri ilə təmsil olunublar.
İşsiz və işaxtaran şəxslərə peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.