Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Şabran, Şəmkir rayonları və Bakı şəhərində əmək yarmarkaları təşkil edilib.
Quba-Xaçmaz, Qazax-Tovuz və Bakı Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 59 işəgötürən tərəfindən ümumilikdə 410 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Hazırlığı Mərkəzləri və Mərkəzi Karyera filialı da yarmarkalarda öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran şəxslərə Mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin digər aktiv məşğulluq istiqamətləri barədə də məlumat verilib, müraciət etmək istəyən vətəndaşlarla ilkin sorğular aparılıb.