Bu həftə keçirilmiş əmək yarmarkalarında 304 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı şəhəri, eləcə də Beyləqan, Şirvan, Astara və Zaqatala rayonlarında əmək yarmarkaları keçirilib.     
      

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 51 işəgötürən 304 vakansiya təqdim edib. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 
Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi Beyləqanda təşkil olunmuş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.