Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı şəhəri, eləcə də Ucar və Şəmkir rayonlarında əmək yarmarkaları təşkil edilib.
Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 40 işəgötürən iştirak edib və 300-ə yaxın vakansiya təqdim olunub. Bakıda keçirilmiş yarmarkada Nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın üzvü İradə Rzazadə də iştirak edib.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı Bakıda keçirilmiş yarmarkada öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.