Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Xırdalan şəhəri, həmçinin Cəlilabad və İsmayıllı rayonlarında əmək yarmarkaları təşkil edilib.
Abşeron-Xızı, Lənkəran-Astara və Dağlıq Şirvan Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 54 işəgötürən tərəfindən ümumilikdə 271 vakansiya təqdim edilib.
Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Əlavə olaraq, İsmayıllıda təşkil olunmuş əmək yarmarkasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı da iştirak edib.
Tədbir iştirakçılarına filialın fəaliyyəti, həssas əhali qruplarına göstərilən dəstək, yaradılmış şərait, həmçinin onların yaradıcılıq potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, əl işləri sərgilənib.
Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Hazırlığı Mərkəzləri və Mərkəzi Karyera filialı da yarmarkalarda öz stendləri ilə təmsil olunublar.
İşsiz və işaxtaran şəxslərə Mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.