Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Bakı və Mingəçevir şəhərlərində, həmçinin Qəbələ, Biləsuvar və Samux rayonlarında əmək yarmarkaları təşkil edib.
Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 207 işəgötürən iştirak edib və 1340-dan çox vakansiya təqdim olunub.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakıda təşkil olunmuş yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib.
Mingəçevirdə keçirilmiş əmək yarmarkası isə “Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri” iqtisadi fəaliyyət növü üzrə ixtisaslaşmış formada təşkil olunub. Burada müvafiq istiqamət üzrə vakansiyalar təqdim edilib.
Agentliyin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi Samuxda keçirilmiş yarmarkada öz stendi ilə təmsil olunub.
İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.