Bu həftə keçirilmiş əmək yarmarkalarında 120-dək vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Şirvan şəhəri və Göyçay rayonunda əmək yarmarkaları təşkil edib.
 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 17 işəgötürən tərəfindən 120-dək vakansiya təqdim olunub.
 

Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində Göyçay Peşə Hazırlığı Mərkəzi Göyçayda keçirilmiş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib.