Bu həftə keçirilən yarmarkalarda 34 müəssisə tərəfindən 225 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları keçirilib.

 

Budəfəki yarmarkalar Lənkəran-Astara və Dağlıq Şirvan Regional Məşğulluq filiallarının təşkilatçılığı ilə Lənkəran və Şamaxı rayonlarında baş tutub.

 

Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan 34 müəssisə iştirak edib və 225 vakansiya təqdim edilib.

 

Yarmarkalarda işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.