Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları keçirilib.
Budəfəki yarmarkalar Bakı, Gəncə-Daşkəsən və Şəki-Zaqatala Regional Məşğulluq filiallarının təşkilatçılığı ilə Bakı, Gəncə və Şəki şəhərlərində baş tutub.
Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan müəssisələr iştirak edib və 400-dən çox vakansiya təqdim edilib.
Yarmarkalarda işəgötürənlər tərəfindən vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərlə ilkin müsahibələr aparılıb və CV-ləri qəbul edilib.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.