Bu həftə keçirilən əmək yarmarkalarında 144 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə də əmək yarmarkaları təşkil edilib. 

 

Abşeron-Xızı və Lənkəran-Astara Regional Məşğulluq filialları tərəfindən Sumqayıt və Cəlilabadda təşkil edilən tədbirlərdə 28 işəgötürən tərəfindən 144 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərdən uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Qeyd edək ki, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz