Bu həftə keçirilən əmək yarmarkalarında 105 işəgötürən tərəfindən 761 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.

 

Bakı, Qazax-Tovuz, Şəki-Zaqatala, Abşeron-Xızı, Şirvan-Salyan, Mərkəzi Aran və Şərqi Zəngəzur Regional Məşğulluq filialları tərəfindən Bakı, Şəmkir, Oğuz, Sumqayıt, Şirvan, Mingəçevir və Gəncədə təşkil edilən aktiv məşğulluq tədbirlərində 105 işəgötürən tərəfindən 761 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Gəncədəki əmək yarmarkası doğma yurdlarına köçürülməsi nəzərdə tutulan Kəlbəcər sakinləri üçün təşkil olunub.

 

Qeyd edək ki, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz