Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı və Sumqayıt şəhərlərində əmək yarmarkaları keçirilib.
Agentliyin Bakı və Abşeron-Xızı Regional Məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 62 işəgötürən tərəfindən 445 vakansiya təqdim olunub.
Bakı şəhərində keçirilən əmək yarmarkası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil edilib. Aktiv məşğulluq tədbirində Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə də iştirak edib.
Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi keçirilən yarmarkalarda öz stendi ilə təmsil olunub. Həmçinin Agentliyin Mərkəzi Karyera filialı Bakıda təşkil olunan əmək yarmarkasında iştirak edib. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmçinin həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.