Bu həftə ərzində keçirilmiş əmək yarmarkalarında 396 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün Şamaxı, Göygöl, Kürdəmir, Göyçay və Şabran rayonlarında əmək yarmarkaları keçirib. 

Bu həftə ərzində təşkil olunmuş aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektoru təmsil edən ümumilikdə 62 işəgötürən 396 vakansiya təqdim edib.
 

Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.