Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı şəhəri, Tovuz və Ağdaş rayonlarında əmək yarmarkaları təşkil edilib.
Agentliyin tabeliyində Bakı Regional Məşğulluq filialının və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş əmək yarmarkasında 36 işəgötürən iştirak edib və 256 vakansiya təqdim olunub.
Qazax-Tovuz və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində isə 31 işəgötürən tərəfindən, ümumilikdə 122 vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakıda keçirilmiş yarmarkada Bakı Peşə Hazırlığı Mərkəzi və Agentliyin Mərkəzi Karyera filialı, Tovuzda Gəncə Peşə Hazırlığı Mərkəzi, Ağdaşda keçirilmiş əmək yarmarkasında isə Göyçay Peşə Hazırlığı Mərkəzi öz stendləri ilə təmsil olunublar. Tədbirlərdə işsiz və işaxtaran şəxslərə Agentliyin fəaliyyəti barədə də məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.