Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bərdə və Quba rayonlarında əmək yarmarkaları təşkil edilib.
Qarabağ və Quba-Xaçmaz Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 18 işəgötürən tərəfindən, ümumilikdə 107 vakansiya təqdim edilib. Vakansiyalara müraciət edən şəxslərə işə qəbul tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bundan başqa, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin fəaliyyəti barədə də məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.
Bərdədə keçirilmiş aktiv məşğulluq tədbirində Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə təmsil olunub.