Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı, Mərkəzi Aran və Quba-Xaçmaz Regional Məşğulluq Filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.
Bakı, Şabran və Göyçayda keçirilən yarmarkalarda 59 işəgötürən iştirak edib, işsiz və işaxtaran şəxslərə 552 vakansiya təqdim olunub.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.