Bu günədək “İş Klubu” layihəsinə 115 şəxs qatlıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən icra olunan “İş Klubu” layihəsinə bu günədək 115 şəxs qatılıb.

 

Yeni məzunlar, işsiz və işaxtaran şəxslərin qatıldığı layihə çərçivəsində iştirakçılar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak edir, iş axtarışı yollarını praktiki sınaqdan keçirmək imkanı əldə edirlər.

 

Layihə müddətində peşəkar ekspertlər tərəfindən iştirakçılara “karyera planlaması”, “əmək bazarının tələbləri”, “iş məqsədlərinin təyini”, “effektiv CV hazırlığı”, “istək məktubunun yazılma forması”, “müsahibəyə hazırlıq qaydaları”, “iş axtarışı alətləri ilə tanışlıq”, “iş təklifinin analizi” kimi mövzularda təlimlər keçirilir. Ötən ildən başlayan layihə çərçivəsində artıq hər biri iki həftə olmaqla 6 qrup üzrə təlimlər baş tutub.


Qeyd edək ki, sayca 7-ci “İş Klubu” layihəsinə də artıq qeydiyyat başlayıb. Layihədə iştirak etmək üçün müraciət formasını dolduraraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.


Son müraciət tarixi: 10 Fevral 2023-ci il

Layihənin başlama tarixi: 13 Fevral 2023-ci il

Qeydiyyat linki: https://forms.gle/FcCMmaqXRiM4DGoJ7

 

Əgər siz də işi harada və necə axtaracağınızı bilmirsinizsə, karyera planlamasında dəstəyə ehtiyacınız varsa, bu layihə məhz sizin üçündür!