Bu dəfəki əmək yarmarkalarında 56 işəgötürən iştirak edib, 439 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə-Daşkəsən, Lənkəran-Astara və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Samux, Lənkəran və Göyçayda keçirilən tədbirlərdə 56 işəgötürən iştirak edib. Ümumilikdə 439 vakansiyanın təqdim olunduğu yarmarkalarda işsiz və işaxtaran şəxslərə iş yerlərinə dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Həmçinin yarmarkaya qatılan şəxslər Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumatlandırılıb.