Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Abşeron və Qəbələdə növbəti əmək yarmarkaları təşkil olunub.
Abşeron-Xızı və Şəki-Zaqatala Regional Məşğulluq filialları tərəfindən keçirilən yarmarkalarda Filialların, tərəfdaş şirkətlərin nümayəndələri və iş axtaran şəxslər iştirak edib.
Hər iki aktiv məşğulluq tədbirində ümumilikdə 36 müəssisə tərəfindən 277 vakansiya təqdim edilib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkalarda həmçinin işsiz və işaxtaran şəxslərə aktiv məşğulluq tədbirləri və müraciət qaydaları ilə bağlı məlumat verilib.