Bu dəfə tələbələr rəqəmsal imkanlar barədə məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti konfrans keçirilib.

 

“TİPx: Rəqəmsal gələcək” konfransında müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr, müəllim heyəti və ekspertlər iştirak edib.

 

Konfransın spikerləri tərəfindən "Süni intellekt və gələcəyin iş modelləri", “Kiber təhlükəsizlik sahəsində ixtisas seçimi”, “Proqramlaşdırma, mövcud fürsətlər və gələcək perspektivlər”, “Biznes sektorunda rəqəmsal transformasiya” mövzularında təqdimatlar edilib.

 

Bundan başqa tədbirdə rəqəmsal marketinq, İT sektorunda karyera qurmaq üçün inkişafetmə istiqamətləri, iş dünyasında süni intellektin tətbiqi və digər mövzularda tələbələri maraqlandıran suallar cavablandırılıb.