Bu dəfə Şəkidə karyera məsləhətçiləri ilə işəgötürənlərin görüşü baş tutub

Karyera məsləhətçiləri ilə işəgötürənlərin növbəti görüşü baş tutub. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir” layihəsi çərçivəsində baş tutan görüşdə Şəki-Zaqatala Regional Məşğulluq filialı, Birləşmiş Xidmətlər Mərkəzi MMC və Şəki Olimpiya İdman Kompleksi MMC-nin nümayənədləri iştirak edib.

 

Görüşdə əvvəlcə Agentliyin fəaliyyəti və “Əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib. Daha sonra şirkətlərin işə qəbul prosesi, namizədlərdən tələblər, karyera məsləhətçilərindən gözləntilər barədə müzakirələr aparılıb.

 

Layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə əməkdaşlığın gücləndirilməsidir.