Bu dəfə Beyləqanda işəgötürənlərlə işə qəbul prosesində əməkdaşlıq müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

 

Bu dəfə Mil-Muğan Regional Məşğulluq filialının karyera məsləhətçiləri üçün təşkil olunan görüşdə “Mandarin” marketlər şəbəkəsi və “Montessori” Uşaq İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib.

 

Şirkətlərin nümayəndələri müəssisədə işə qəbul prosesi ilə bağlı təqdimat edib, karyera məsləhətçilərindən gözləntilər müzakirə olunub, mövzu barədə suallar cavablandırılıb.

 

“Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsinin məqsədi karyera məsləhətçiləri tərəfindən hər bir işəgötürənin namizədlərdən tələblərinin öyrənilməsi, əməkdaşlığın gücləndirilməsidir.