Brüsseldə keçirilən seminarda Agentliyin fəaliyyəti ilə bağlı məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən Belçika Krallığının Brüssel şəhərində keçirilən “Mədəniyyətlərarası təlim” adlı seminarda iştirak edib.

 

Seminarın keçirilməsində məqsəd məşğulluq sahəsində müzakirələrin aparılması, müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsinin təşkilidir.  

 

Agentliyin nümayəndəsi tərəfindən seminar iştirakçılarına qurumun fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar və icra olunan layihələr barədə məlumat verilib.

 

Sonda seminarı uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz