Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İş və Pensiya Departamentinin nümayəndələri arasında onlayn görüş keçirilib.
İş və Pensiya Departamentinin nümayəndələrinə Agentliyin aktiv məşğulluq tədbirləri, son dövrlərdə həyata keçirilən məşğulluq islahatları, rəqəmsal layihələr haqqında ətraflı məlumat verilib.
İş və Pensiya Departamentinin nümayəndələri də təmsil etdikləri qurumun gördüyü işlər və xidmətlər barədə təqdimat edib.
Görüşdə həmçinin iki qurum arasında əlaqələrin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması və məlumat mübadiləsinin davamlı şəkildə həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz