Bölgələrdə peşə hazırlığının təşkilində işəgötürənlərlə əməkdaşlıq müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə hazırlığının təşkilində işəgötürənlərlə əlaqələrin gücləndirilməsi məqsədilə növbəti görüş keçirilib.

 

Lənkəran-Astara Regional Məşğulluq Filialının dəstəyi ilə Lənkəran şəhərində baş tutan görüşdə bir sıra ictimai iaşə obyektlərinin, istehsalat müəssisələrinin və tədris mərkəzlərinin rəhbər şəxsləri iştirak edib.

 

20-dən çox işəgötürənin qatıldığı tədbirdə Bakı Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti, həyata keçirilən kurslar, işəgötürənlərin kadr ehtiyacının qarşılanması üçün görülən işlər barədə təqdimat edilib, birgə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

 

Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.