Bölgələrdə işəgötürənlərin namizədlərdən tələbləri nədir?

Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçiləri

məlumatlandırılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən  həyata keçirilən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüşlər Şamaxıda baş tutub.

 

Görüşlər Dağlıq Şirvan Regional Məşğulluq filialının karyera məsləhətçiləri üçün Azgranata MMC və Yeni Şamaxı Hotel Company MMC ilə birgə təşkil edilib.

 

Tədbirlər zamanı Agentliyin fəaliyyəti və “əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib. Daha sonra görüşlərdə iştirak edən şirkətlərin işə qəbul prosesi, namizədlərdən tələblər, karyera məsləhətçilərindən gözləntilər barədə müzakirələr aparılıb.

 

“Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsinin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.