“Biznesini Yarat marafonu” iştirakçılarının təlimlərinə start verilir

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - “Biznesini Yarat Marafonu”nun seçim mərhələsini uğurla keçən şəxlərin biznes təlimlərinə start verilir.

 

Marafona 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc müraciət edib. Qısa videoçarx şəklində təqdim edilən biznes ideyalar təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və 127 gənc təlim mərhələsinə keçib. Müraciətlər dəyərləndirilər zaman Vətən müharibəsində iştirak edən, müharibədə yaralanan, habelə  şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.

 

Təlim mərhələsində iştirakçılara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təlimlər keçiriləcək, həmçinin mentor dəstəyi göstəriləcək. Təlimi uğurla başa vuran gənclərə biznes ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən resurs və maliyyə dəstəyi göstəriləcək.

 

Qeyd edək ki, Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində 3 müxtəlif istiqamət üzrə: “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu”, “Peşəkar Gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.

 

Biznesini Yarat Marafonunun birinci seçim mərhələsini uğurla keçən şəxslərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz:

 

https://genc.az/biznesini-yarat-marafonu-birinci-secim-m%C9%99rh%C9%99l%C9%99si/

 

alt text