Biznes subyektlərinin nümayəndələri üçün məlumatlandırma görüşü baş tutub

“Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Marsol Group partnyoru olan biznes subyektlərinin nümayəndələri üçün Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair məlumatlandırma görüşü baş tutub.

 

Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev hesabatın əhəmiyyəti və nəticələrin ölkələrin beynəlxalq biznes mövqeyinə təsiri barədə məlumat verib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin sektor müdiri Nicat Rəhmanlı tərəfindən hesabatın “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib.

 

Əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

 

Sonda biznes subyektlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.