Birgə maliyyələşmə proqramı üzrə 6200-dən çox şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1450 şəxsin işlə təminatı həyata keçirilib.

 

Onların işlə təmin edilməsi üçün 782 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Proqram çərçivəsində məşğulluğu  təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilir.

 

2020-ci ildə icrasına başlanan İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə ötən dövrdə ümumilikdə 6215  şəxs iş yeri əldə edib.