Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Biləsuvar rayonunda əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 14 müəssisə iştirak edib. Yarmarkaya qatılan işsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 180-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Tədbirdə, həmçinin işsiz şəxslər üçün təşkil edilən bərbər və qeydiyyatçı peşə kursunun da açılışı olub.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.