Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin milli peşə təhsili sistemlərinin rəqəmsal keçidinə yardım” adlı videokonfransda iştirak ediblər.
Tədbir İƏT-in İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) və İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) birgə təşkilatçılığı ilə baş tutub.
Agentliyin nümayəndələri konfransda qurumun peşə hazırlığı sahəsində fəaliyyəti, rəqəmsallaşma tədbirləri və əldə olunmuş nailiyyətlər barədə təqdimatla çıxış ediblər.
İki gün davam edən tədbir çərçivəsində müxtəlif ölkələrin peşə hazırlığı və rəqəmsallaşma ilə bağlı təcrübələri barədə məlumat verilib və fikir mübadiləsi aparılıb.