Banklarla birgə icra olunan layihə üzrə bu il 300-ə yaxın işsiz şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi “Özünüməşğulluğa dəstək-2023” layihəsi üzrə işsiz şəxslərə aktivlərin verilməsi prosesi davam edir.

 

 Layihə çərçivəsində artıq bu il 300-ə yaxın işsiz şəxsə aktivlər təqdim olunaraq kiçik biznesləri yaradılıb.

 

Onların əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və digər həssas qruplardan olanlardır.

 

Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan “Özünüməşğulluğa dəstək-2023” layihəsinə 23 bank qoşulub. Layihə üzrə 2023-cü ildə 300 işsiz şəxsin kiçik bizneslərinin yaradılması nəzərdə tutulub.