Bakıda və Şamaxıda işəgötürənlərlə görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarının təşkilatçılığı ilə işəgötürənlərlə görüşlərin keçirilməsi davam etdirilir.

 

Bu dəfə Bakı və Dağlıq Şirvan Regional Məşğulluq filialları tərəfindən Bakıda və Şamaxıda işəgötürənlərlə görüşlər keçirilib.

 

Dövlət və özəl sektordan olan işəgötürənlərin iştirak etdiyi görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, “Əmək və məşğulluq” altsistemindən istifadənin və boş iş yerləri barədə məlumatların vakansiya bankına yerləşdirilməsinin üstünlüklərinə dair təqdimat edilib.

 

Görüşün sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.