Bakıda və Qazaxda növbəti əmək yarmarkaları baş tutub

 İşsiz və işaxtaran şəxslərə 1732 vakansiya təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları keçirilib.

 

Bakıda keçirilən aktiv məşğulluq tədbirində 31 müəssisə tərəfindən 1107 boş iş yeri təqdim edilib. Yarmarkada dövlət və özəl sektordan olan işəgötürənlər, işsiz və işaxtaran şəxslər və Agentliyin nümayəndələri iştirak edib.

 

Daha bir əmək yarmarkası Qazaxda baş tutub. “Venzana” mebel fabriki ilə birgə təşkil edilən tədbirdə 625 boş iş yeri təqdim edilib.

 

Hər iki yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.