Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda və İmişlidə əmək yarmarkaları təşkil edilib.
Bakı Regional və Mil Muğan Regional Məşğulluq filialları tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 40 müəssisə tərəfindən 618 vakansiya təqdim olunub.
İştirakçılara vakansiyalar və tələblər barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Bundan başqa yarmarkada Mərkəzi Karyera Filialının karyera məsləhətçiləri tərəfindən işsiz və işaxtaran şəxslərə karyera məsləhəti xidməti göstərilib.