Bakıda növbəti əmək yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib. 

 

Aktiv məşğulluq tədbirində 35 işəgötürən 300-dən çox boş iş yeri təqdim edib. Vakansiyalar əsasən satış, bank, mühasibatlıq və informasiya texnologiyaları sahələri üzrə olub.

 

Nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin də iştirak etdiyi yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzin fəaliyyəti, həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.

 

Əmək yarmarkasında, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də ilk dəfə təmsil olunub. Yarmarka zamanı Mərkəzin fəaliyyəti və benefisiarlarla iş prinsipləri barədə ətraflı məlumat verilib, eyni zamanda, tədbir iştirakçılarının sualları cavablandırılıb. Həmçinin Mərkəzin üzvləri tərəfindən müxtəlif istiqamətlər üzrə hazırlanmış əl işləri də sərgilənib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz