Bakıda keçirilmiş əmək yarmarkasında 200-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində 18 işəgötürən tərəfindən 216 vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərə vakansiyaların tələbləri, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.  

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, karyera məsləhəti xidməti və müraciət qaydaları barədə məlumat verilib.