Bakıda keçirilən əmək yarmarkasında 308 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

 

Aktiv məşğulluq tədbirində 13 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 308 vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan şəxslər işəgötürənlərlə tanış olmaq imkanı əldə ediblər. Onlara vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib.

 

Müraciət edənlər arasında müharibə veteranları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb.

 

Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.