Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
Agentliyin Bakı Regional Məşğulluq filialının Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 10 işəgötürən tərəfindən 183 vakansiya təqdim edilib.
Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada iştirak edən işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.