Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azpetrol” şirkəti birgə xeyriyyə tədbiri keçirib.
Korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət tərəfindən Ramazan bayramı ərəfəsində Bakıda bir qrup şəhid ailəsinə ərzaq yardımları edilib.
Yardımlar Agentliyin Bakı Regional Məşğulluq filialının əməkdaşları ilə birgə həmin ailələrin ünvanlarına aparılaraq çatdırılıb.
Bundan əlavə, “Azpetrol” şirkətinin Vətən Müharibəsində şəhid olmuş dörd əməkdaşının ailələrinə də bayram payları çatdırılıb.