Bakıda 34 işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

Aktiv məşğulluq tədbirində 652 vakansiya təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası təşkil olunub.

 

Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin nümayəndələri və iş axtaran şəxslər iştirak edib. Əmək yarmarkasında 34 müəssisə tərəfindən 652 vakansiya təqdim edilib.

 

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Aktiv məşğulluq tədbirində həmçinin işsiz və işaxtaran şəxslərə aktiv məşğulluq tədbirləri barədə və müraciət qaydaları ilə bağlı məlumat verilib.